"Milan"ın futbolçusu Lukas Bilya uzun müddət meydana çıxa bilməyəcək. Klubun saytının yaydığı xəbərə görə, 32 yaşlı yarımmüdafiəçi Finlandiyada əməliyyat olunub. Argentinalı oyunçu 4 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Lukas Bilya məşq zamanı zədələnmişdi.