PSJ UEFA tərəfindən Çempionlar Liqasından uzaqlaşdırıla bilər. Fransa mətbuatının məlumatına görə, bunsa səbəb kimi klubun Maliyyə Feyr Pley qaydalarını pozması göstərilir. PSJ transfer bazarında infilyasiya yaratmaqda günahlandırılır.
Avropanın ali futbol qurumunun Paris klubunun şübhəli sponsorluq razılaşmalarını, eyni zamanda Klyan Mbappe və Neymarın transfer müqavilələrinin detallarını araşdırdığı bilirilib. Qeyd edək ki, PSJ hazırda Çempionlar Liqasında C qrupunda mübarizə aparır. Paytaxt təmsilçisi qrupda 4 turdan sonra 5 xalla 3-cüdür.