Millimizin braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın şərəfini qoruduğu "Astana” Fransaya yollanacaq.
Sportinfo.az xəbər verir ki, Avroliqanın 6-cı turu çərçivəsində baş tutacaq "Renn”lə oyundan öncə Qazaxıstan klubu qısa təlim-məşq toplanışını uyğun sayıb.
Toplanış 6-11 dekabr aralığında reallaşacaq. Almeydanın komandası dekabrın 9-da sınaq matçına da çıxacaq.
Qazaxlar Fransanın 3-cü divizion təmsilçisi "Şambli” ilə üz-üzə gələcək.