Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub. Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Şakir Seyidov və Emil Qasımov “Sabah” klubunun Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu ilə əlaqədar icazə alaraq toplanışı erkən tərk ediblər.
Qeyd edək ki, "Sabah" dekabrın 20-də "Qəbələ"ni qəbul edəcək.