"Liverpul"un futbolçusu Joel Matip əməliyyat olunacaq.
Buna səbəb 27 yaşlı müdafiəçinin Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Napoli" ilə matçda (1:0) körpücük sümüyünü sındırmasıdır. Kamerunlu oyunçunun təxminən altı həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, J.Matip 2016-cı ildən "Liverpul"da oynayır.