2018-ci ilin ən yaxşı afrikalı futbolçusunun adı açıqlanıb. BBC-nin keçirdiyi sorğunun nəticələrinə görə, “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah birinci olub.
O, səsvermədə “Yuventus”un mərakeşli müdafiəçisi Mehdi Benatia, “Napoli”nin seneqallı müdafiəçisi Kalidu Kulibalini, “Atletiko”nun qanalı yarımmüdafiəçisi Tomas Parti və “Liverpul”dakı seneqallı komanda yoldaşı Sadio Maneni qabaqlayıb. Qeyd edək ki, Salah ardıcıl 2-ci dəfədir bu mükafatı qazanır. O, ötən mövsüm 32 qolla Premyer Liqanın ən yaxşı bombardiri olub.