"Mançester Siti" gənc yarımmüdafiəçisi Fil Fodenlə yeni müqavilə imzalamağa hazırlaşır.
Britaniya mətbuatının yaydığı xəbərə görə, 18 yaşlı oyunçu öz menecerinə klubda qalmaq istədiyini deyib. Mançester təmsilçisi futbolçu ilə 6 illik yeni sözləşmə barədə razılığa gəlib.
Qeyd edək ki, Foden “şəhərlilər”in yetirməsidir və İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandasında da çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2020-ci ilin yayına qədərdir."