Nemət Əliyev
Bu ilin yanvar-fevral dövrünə dair DSK-nın açıqladığı hesabatdan məlum olub ki, emal sahələrinin 80 faizini tənəzzül bürüyüb.
Müqayisə üçün deyim ki, ötən il bu göstərici 41 faiz olmuşdu. Deməli, tənəzzülün təsiri altına düşən sahələrin payı ötən dövrdə 41 faizdən 80 faizə qədər artıb. 20 faiz istisna olmaqla qalan bütün sahələr böhrana girib. Geyim istehsalında 48,3 faiz, içkilərin istehsalında 19 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 45 faiz azalma yaşanıb. Neftayırmada, metallurgiyada, qida sənayesində də istehsalın səviyyəsi düşüb. Qənd və şəkər tozunun istehsalı 90 faiz, duru bitki yağlarının istehsalı 28 faiz, duz istehsalı 36 faiz enib. Bu səbəblərdən emal sənayesinin ümumi göstəriciləri pisləşib.
Yerli istehsalın bu genişlikdə tənəzzül etməsi həm işsizlik, həm də yoxsulluq deməkdir. Belə vəziyyətin yaranmasında yarıtmaz idarəetmənin, ümumi rəhbərliyin rolu çox böyükdür. Bu səbəbdən təcili şəkildə yarıtmaz idarəetmədən yaxa qurtarmaq lazımdır. Korrupsiya, məmur özbaşınalığı, qanunsuzluq, monopoliya kimi çox təhlükəli proseslər dərhal durdurulmalı, ölkədə investisiya üçün əlverişli şərait yaradılmalıdır.