Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 1 695,9 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 69,2 mln. manat və yaxud 4,25% çoxdur.
Son 1 ildə isə problemli kreditlər 62,8 mln. manat və yaxud 3,85% artıb.
Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,5% təşkil edib. Bu nisbət ilin əvvəlində 13,8%, ötən il yanvarın sonunda isə 9,8% olub.