Amerika fond bazarında "Dow Jones" indeksi 0,47% - 24 873,66 bəndədək bahalaşıb, "S&P 500" 0,08% - 2 747,33 bəndədək, NASDAQ isə 0,20% - 7 481,74 bəndədək ucuzlaşıb.
Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,10% - 7 139,76 bəndədək, Almaniya DAX-ı 0,88% - 12 345,56 bəndədək, Fransa CAC-40-ı 0,65% - 5 267,26 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,00 dollar azalaraq 1 316,80 dollara, gümüşün unsiyasının qiyməti 0,01 dollar ucuzlaşaraq 16,42 dollara satılıb.