UEFA “Skenderbeu”ya tarixin ən ağır cəzasını verib.
Məlumata görə, qitənin ali futbol qurumu Albaniya təmsilçisini oyun alqı-satqısı səbəbindən cəzalandırıb.
2011-ci ildən bu yana müxtəlif yarışların nəticəsini qanunsuz üsullarla müəyyənləşdirən kluba 10 il Avropa kuboklarından kənarlaşdırılma və 1 milyon avro pul cəriməsi kəsilib.
Həmçinin “Skenderbeu”nin 2015/16 mövsümündəki çempionluğu da ləğv edilib.
Bu, bir Avropa klubuna verilən ən ağır cəza kimi tarixə düşüb.
Klub prezidenti Ardian Takay Avropa Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini bildirib.