Dövlət Statistika Komitəsi ölkədə 3 ay ərzində əsaslı kapital qoyuluşu haqqında məlumatı elan edib.
2018-ci ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 2869,2 milyon manat vəsaitin 1456,2 milyon manatı və ya 50,8 faizi qeyri-neft sektoruna sərf edilmiş və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 41,2 faiz artmışdır. Ümumi sərmayənin 74,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 75,8 faizi məhsul istehsalı obyektlərinin, 18,2 faizi xidmət sahələri üzrə obyektlərin, 6,0 faizi isə ümumi sahəsi 383,2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 51,7 faizini təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,4 faiz, bank kreditləri 13,7 faiz, büdcə vəsaitləri 19,4 faiz, əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 0,6 faiz, sair vəsaitlər isə 0,5 faiz təşkil etmişdir. Qeyd etmək lazımdır ki, ötən ilin analoji dövründə əsaslı kapital qoyuluşu indikindən daha çox olmuşdu. Ötən il bu vaxt ərzində adı gedən sahəyə3 milyard 182 milyon vəsait qoyulmuşdu.