2018-ci ilin yanvar-mart aylarında xam neft ixracı Azərbaycanın ümumi ixracının 80,06 faizini, təbii qaz 5,02 faizini, neft məhsulları isə 4,05 faizini təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə neft ixracı ölkənin ümumi ixracının 76,28 faizini, təbii qaz 10,22 faizini, neft məhsulları 3 faizini təşkil edib.