Türkiyə Peşəkar Futbol üzrə Nizam-İntizam Komitəsi “Fənərbaxça” ilə oyuna çıxmayan “Beşiktaş” futbol klubuna 3:0 texniki məğlubiyyət verilməsinə dair qərar qəbul edib.
Komitənin qərarına əsasən, gələn il “Beşiktaş” Türkiyə kubokunun oyunlarına da buraxılmayacaq.
Qeyd edək ki, aprelin 19-da Futbol üzrə Türkiyə Kubokunun yarımfinal matçı çərçivəsində "Fənərbaxça" və "Beşiktaş" komandaları arasında keçirilən qarşılaşma ikinci yarıda yarımçıq dayandırılmışdı. Buna səbəb matçın 57-ci dəqiqəsində azarkeşlərin stadiona kənar əşyalar atması olmuşdu. Komandanın baş məşqçisi Şenol Günəş başından xəsarət almışdı.
Bundan əvvəlki qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatmışdı.
Xatırladaq ki, komitə oyunun 57-ci dəqiqədən davam etdirilməsi barədə qərar qəbul etmişdi.