2018-ci ilin yanvar-may aylarında Azərbaycanda 29 milyard 294 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsi bildirir ki, bu, əvvəlki ilin eyni dövrünə nisbətən 1.1 faiz çoxdur.
«Bunun 48.8 faizi sənayedə, 9.9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6.7 faizi tikintidə, 6.1 faizi nəqliyyat, anbar təsərrüfatı, 3.5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, 2.6 faizi turistlərin yerləşdirilməsi, ictimai iaşə, 1.6 faizi informasiya, rabitə, 13.8 faizi digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 7 faizini təşkil edib», - məlumatda vurğulanır.
Əhalinin hər nəfərinə düşən ÜDM 2 min 991.1 manata bərabər olub.