"Nerka" MMC iyunun 6-da "Amal Invest Group" MMC ilə birləşərək fəaliyyətinin dayandırıldığını elan edib.
Bunu aparıcı investisiya şirkətlərindən biri olan "Synergy Group" MMC-nin təsisçisi Əşrəf Kamilovla Azərbaycanın birinci ailəsinə məxsus şirkətlər qrupu arasında əqd kimi qiymətləndirmək olar. "Nerka" MMC 2012-ci ilin aprel ayında "Capital Estate" şirkəti tərəfindən http://webcityhost.net/vergiler/upload/File/art-360.pdf təsis edilib. "Capital Estate" MMC-nin təsisçiləri (2012-ci ilin aprel ayında təsis ediləndə "Caspian Estate" adlanıb) Əşrəf Kamilov və Səid Əliyevdir. "Capital Estate" beş şirkət yaradıb ("Capital Partners", "Praslin", "Norfolk", "Burqaz" və "Nerka"), bunlardan dördü 2016-2018-ci illərdə ləğv edilib. "Amal İnvest Group" MMC üç şirkətin ("PMD İndustries", "Avanqard-I" və "Baku Development") birləşməsi yolu ilə 2015-ci ildə təsis edilib. O, "Pasha Holdinq" şirkətlər qrupuna daxildir. Bundan əvvəl (yanvar 2016) "Amal Invest Group" başqa bir şirkəti ("S.V.N." MMC) “udub”. "Amal İnvest Group" ASC "Xalq Bank" ASC-nin kapitalında 16,15% iştirak payına sahibdir. Kommersiya hüquqi şəxslərin reyestrində bu şirkət haqqında məlumat yoxdur. "Synergy Group" MMC 2010-cu ildə təsis edilib və Əşrəf Kamilov burada 99% səhm sahibidir. Bu holdinq şirkəti "Shamkir Capital Group"u idarə edir. Həmin kommersiya strukturlarına Bakıda və ölkənin digər bölgələrində onlarla şirkət daxildir. Ə. Kamilov "AtaHoldinq" MMC-nin Müşahidə Şurasının üzvüdür. O, "AtaBank" ASC-nin səhmlərinin 9,3%-nə sahibdir. O, "VIP Estate" MMC vasitəsilə "Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası" ASC-nin səhmlərinin 51 faizinə nəzarət edir. KİV-in yazdığına görə, Ə. Kamilovun idarə etdiyi şirkətlərin son benefisiarı sabiq vergilər naziri Fazil Məmmədovdur. Nə Ə. Kamilov (Vergilər Nazirliyinin keçmiş əməkdaşı), nə də F. Məmmədov bu iddiaları təkzib edir.