2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.
Məlumata görə, illik müqayisədə ərzaq məhsullarının qiymətləri 3, qeyri-ərzaq mallarının qiymətləri isə 3.8 faiz bahalaşıb.
Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində də bahalaşmanın olduğu bildirilir – 2.4 faiz.
Aylıq müqayisədə isə qiymətlərdə, əsasən, ucuzlaşma olduğu bildirilir. Dövlət Statistika Komitəsinin bilgilərinə görə, iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0.7, ərzaq məhsullarının qiymətləri isə 1.6 faiz ucuzlaşıb. Qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.