Məhəmməd Talıblı
İqtisadiyyatda baş verən tənəzzül elementləri bank sektorunda da əsas parametrlər üzrə geriləmələri də özündə ehtiva edir. Bu baxımdan bank sektoru üzrə yarımillik göstəricilər düşünmək üçün əsaslar verir. Bütövlükdə bank sektorunun bütün göstəricilərini deyil, onu xarakteriza edən bir neçə vacib əlamətləri sizlərlə bölüşmək istəyirəm.
Bank sektorunun aktivlərində azalmalar baş verib. Söhbət ötən ilin (30.06.2017) müvafiq dövrü ilə müqayisədə bank sektorunun aktivlərində 6,8 faizlik geriləmələr qeydə alınıb. Əgər 30.06.2017-ci il tarixində aktivlərin həcmi 30.04 mlrd manat təşkil edirdisə, 30.06.2018-ci ildə bu göstərici 28 mlrd manat olmuşdur.
Bankların kredit portfelində də azalmalar müşahidə olunub. Əgər ötən ilin yarım illik göstəricilərinə görə bankların ümumi kredit portfeli 13.46 mlrd manat səviyyəsində idisə, bu ilin 6 aylıq göstəricilərində bu rəqəm 11.71 mlrd manat təşkil etmişdir. Yəni, kreditlərin verilməsi üzrə 13 faizlik azalma qeydə alınıb. Bu isə o deməkdir ki, həm istehlak, həm də biznes kreditləri üzrə banklar bazar iştirakçıları üçün cəlbediciliyi təşviq edə bilmir. Kreditləri sata bilməyən bank insitutları, paralel olaraq depozitlərin cəlbi üzrə də əhəmiyyətli geriləmələri ilə diqqəti cəlb ediblər. Söhbət bankların depozid cəlbindən gedir. Əgər 2017-ci ilin yarımillik dövrü ərzində banklarda olan depozitlərinin həcmi 3.99 mlrd manat təşkil edirdisə, bu ilin analoji zaman kəsiyi üçün cəmi 1,18 mlrd. manat səviyyəsinə düşüb. Bu isə onu deməyə əsas verir ki, depozitlərin cəlbində 70.5%-lik azalma baş verib. Bu vətəndaşların əmanətə transformasiya olunan gəlirlərinin zəifləməsi, banklara olan inamın azalması və s. səbəblərlə bağlı ola bilər.
Lakin göründüyü kimi bank sektorundakı problemlər təkcə resursların cəlbi və satışı ilə bağlı olmamışdır. Eyni zamanda institsional problemlərdə özünü açıq göstərmişdir. Belə ki, bankların fəaliyyətindəki geriləmələr onların bəzi strukturlarının ixtisar edilməsi ilə nəticələnmişdir. Düzdür, bütün banklarda çalışan 16 min nəfərdən çox işçi heyətində ixtisarlar baş verməmişdir. Lakin bank filiallarının 49-u bağlanmışdır.
Bütün bunlar onu deməyə əsas verir ki, bank sektorunun iqtisadiyyatı qidalandırmaq imkanları zəifləyir. İqtisadiyyatın “qan-damar” sisteminin təmin olunma səviyyəsi onu dinamik inkişafı üçün optimist danışmağa imkan vermir. Bu vəziyyətin analizi əsas verir ki, dövlətin monetar stukturları bu vəziyyəti dəyişmək üçün preventiv tədbirlər hazırlasın. Əks halda, iqtisadi staqnasiya vəziyyəti bank sektorunu da arxasınca aparacaq. Çünki, bank sektorunda baş verənlər son tendensiyalar iqtisadiyyatın kiçilməsindən xəbər verir.