Azərbaycanın Milli Antidopinq Agentliyi dopinq aşkarlanan 13 idmançıyla bağlı sanksiyaları açıqlayıb.
Ağır atletika üzrə Cəbrayıl Abzərli, boksçular Ağalar Sadiqzadə, Fərid Haşımzadə və Elvin Qənbərov 4 il müddətinə yarışlardan kənarlaşdırılıblar.
Güləşçilər Qurban Qurbanova, Şəhriyar Məmmədova, Heydər Abdullayevə, Mənsur Şahinova, Xalid Əlizadəyə və Sübhan Muradov da 4 il yarışlara çıxış yasağı qoyulub.
Boksçu Mirqadir Miriyev, güləşçi Təbriz Yusubzadə, taekvandoçu Ülvi Mustafazadəyə isə 2 il müddətinə yarışlara çıxmaq qadağan edilib.