Bu gün Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakıda "Qarabağ" klubu Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşıb.
Səfərdə keçirdiyi ilk oyunda minimal hesabla qalib gələn “Qarabağ” öz meydanında rəqib komanda ilə heç-heçə edib.
İki oyunun ümumi nəticəsinə görə, "Qarabağ" futbol klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib.
Ağdam təmsilçilərinin növbəti mərhələdə rəqibi "Kukesi" (Albaniya) komandası olacaq.