Natiq Cəfərli
Beynəlxalq Valyuta Fondu genişmiqyaslı araşdırmanın nəticələrini açıqlayıb və adambaşına düşən ÜDM-in səviyyəsinə görə ölkələriin reytingini açıqlayıb. İlk 3 yeri üç fərqli sistemə malik Qətər (124,9 min dollar), Lüksenburq (109,1 min dollar) və Sinqapur (90,5 min dollar) tutub. Növbəti yerləri adambaşına düşən 70,5 min dollar ÜDM-lə Norveç, 69,5 min dollar ÜDM-lə Küveyt, 68,2 min dollar ÜDM-lə BƏƏ, 61,3 min dollar ÜDM-lə İsveçrə, 61 min dollar ÜDM-lə Honkonq tutub. Nefti fontan vuran, inkişafının analoqu olmayan Azərbaycanımız isə heç ilk 100 ölkə sırasına belə düşə bilməyib: BVF-nin reytinqinə əsasən, 2016-cı ildə ölkə 3956 dollar ÜDM ilə 106-cı yeri tutub. Bu il bu göstərici 3812 dollar təşkil edib, bu da, çox güman ki, reytinqdə bizi gələcəkdə daha aşağı yerlərə düşürə bilər Faktiki olaraq, Azərbaycan reytinqdə Şri-Lanka və Monqolustanla qonşu olaraq dünyanın yoxsul ölkələri arasına düşüb. Yeri gəlmişkən, Ermənistan və Anqola da bizim yanımızdadı. Təəssüf ki, bir borudan asılıb sallanan iqtisadi modelin aqibəti belə olmalı idi...