Rusiya millisi və "Vilyareal"ın üzvü Denis Çerışev komandasını dəyişib.
Qol.az-ın xəbərinə görə, 27 yaşlı yarımmüdafiəçi növbəti mövsümü icarə əsasında "Valensiya"da keçirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ancaq keçidin digər detalları açıqlanmayıb.
Qeyd edək ki, Çerışev 2016-cı ildə də "Valensiya"da çıxış edib. Həmin vaxt o, "Real"dan icarə əsasında "yarasalar"a keçmişdi.