Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov beynəlxalq şahmat turnirinin qalibi olub.
İsveçrənin Bil şəhərində iyulun 21-dən start götürmüş turnirə artıq yekun vurulub.
Fəxri kürsünün ən yüksək pilləsinə Şəhriyar Məmmədyarov qalxıb.
Şəhriyar Məmmədyarov yarışın doqquzuncu turunda 57-ci gedişdə ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb.
Şahmatçı 1985-ci ildə Sumqayıt şəhərində doğulub. O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçıdır.
2017-ci ilin mayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb.