“Monako"nun kolumbiyalı futbolçusu Radamel Falkaoya doğma şəhəri Santa-Martedə heykəl qoyulub. Qol.az-ın ESPN-ə istinadən yaydığı xəbərə görə, 6 metrlik abidə ağ rəngdədir. Onun hazırlanmasına 3 milyon dollardan çox pul xərcləndiyi bildirilir. Maraqlıdır ki, heykəl Falkaoya heç bənzəmir.
Qeyd edək ki, 32 yaşlı forvard Kolumbiya millisində 79 oyuna çıxıb və 31 qol vurub.