La Liqanın III turunda “Barselona” “Ueska”nı 8:2 hesabı ilə məğlub edib. Qol.az xəbər verir ki, Kataloniya klubunun qollarından ikisini Lionel Messi vurub. Bununla da “Ueska” argentinalı forvardın La Liqada qol vurduğu 37-ci klub olub.
Qeyd edək ki, bu göstərici ilə 31 yaşlı hücumçu öz rekordunu yeniləyib. Heç bir futbolçu La Liqada bu sayda rəqibin qapısına yol tapmayıb.