Türkiyə Superliqasında beşinci tur start götürüb. Qol.az-ın məlumatına görə, turun açılış matçında “Qalatasaray” öz meydanında “Kasımpaşa”nı sınağa çəkib.
Ötən tur səfərdə “Trabzonspor”a böyükhesabla (0:3) uduzan “Qalatasaray” liderliyi əldən vermişdi. “Kasımpaşa” isə ilk 4 turda xal itirməyən yeganə komanda kimi turnir cədvəlinin vahid lideri idi. “Türk Telekom Arena”da keçirilən matçın ilk yarısında qapılara qol vurulmayıb. 55-ci dəqiqədən “Qalatasaray” rəqib qapısını “atəşə tutub”. Matç “Cim-Bom”un 4:1 hesablı qələbəsi ilə tamamlanıb. “Qalatasaray” - “Kasımpaşa” 4:1 Qollar: Derdiyok, 55 (1:0), Rodrigez, 58 (2:0); 65 (3:0), Diagne, 76-pen (3:1), Aziz, 77 (4:1) Bu qələbə sayəsində xallarının sayını 12-tə çatdıran “Qalatasaray” yenidən turnir cədvəlinin zirvəsini ələ keçirib.