Redaktor: "Bu yazı dərc edildikdən sonra bir neçə dəfə hədə-qorxu almışam"

Redaktor: "Bu yazı dərc edildikdən sonra bir neçə dəfə hədə-qorxu almışam"
25 Aprel 2019
Mətni dəyiş

Az24saat.org saytının redaktoru Vüqar Ələkbərov (Qurdqanlı) bildirir ki, onu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (MCQMİ) çağrıblar.

V.Ələkbərovun sözlərinə görə, özünü BMCMİ-nin əməkdaşı kimi təqdim edən şəxs onu idarəyə dəvət edib.

Azadlıq Radiosunun məlumatına görə, redaktor vurğulayıb ki, idarəyə çağrılması səbəbi barədə ona məlumat verilməyib, yalnız hansısa şikayət olduğunu bildiriblər.

V.Ələkbərov ehtimal edir ki, idarəyə dəvət edilməsi Meydan TV saytından götürərək yenidən çap etdiyi "Polis çörəyi və ya "Meyvəli" Usubovların biznesidir" yazısı ilə bağlı ola bilər. Yazı daxili işlər naziri Ramil Usubov və yaxınlarından bəhs edir.

"Bu yazı dərc edildikdən sonra bir neçə dəfə hədə-qorxu almışam, amma heç vaxt düşünməmişəm ki, bu yazı polisə çağrılmağıma səbəb ola bilər", - V.Ələkbərov belə deyir.

V.Ələkbərov bildirib ki, bu gün, aprelin 25-də idarəyə getməyi nəzərdə tutur.

Bu açıqlamaya, hələlik, DİN və ya sözügedən idarənin məsul şəxslərindən münasibət almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun