"Atletiko" futbol klubu "Çelsi"nin futbolçusu Alvaro Moratanı heyətinə cəlb etməyə yaxındır.
İspaniya mətbuatının yaydığı xəbərə görə, Madrid klubu 26 yaşlı hücumçunu yaxın vaxtlarda icarəyə götürəcək.
London təmsilçisinin Mortanı birdəfəlik satmağa da hazır olduğu bildirilib. Ancaq "Atletko" ispan oyunçunu icarəyə götürməklə kifayətlənməyə qərar verdiyi vurğulanıb.
Moratanın "Çelsi" ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.