"Fənərbaxça" nəhayət, qalib gəldi, "Başakşəhər" xal itirmədi

"Fənərbaxça" nəhayət, qalib gəldi, "Başakşəhər" xal itirmədi
29 Yanvar 2019
Mətni dəyiş

Türkiyə superliqasında 19-cu tura yekun vurulub.

Son oyun günündə 3 matç keçirilib. Lider "Başakşəhər" "Kasımpaşa"nı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.

"Fənərbaxça" isə doğma meydanda  "Yeni Malatyaspor"la qarşılaşıb. Görüş İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da  ölkə çempionatında 6 oyundan sonra  ilk qalibiyyətini əldə edən "Fənərbaxça" turnir cədvəlində 14-cü pilləyə yüksəlib.

Digər oyunda "Alanyaspor" səfərdə "Ankaragücü"nə qalib gəlib - 2:0.

"Fənərbaxça" - "Yeni Malatyaspor" - 3:2 Qollar: Ekici, 2 (1:0), Mina, 28 (1:1), Ekici, 31 (2:1), Donald,45 (2:2), Topal, 86 (3:2)

"Başakşəhər" - "Kasımpaşa" - 2:0 Qollar: Viska, 42, Elia, 84

"Ankaragücü" - "Alanyaspor" - 0:2 Qollar:Kampos, 6-pen, Sisse, 55

Form  
1. Başakşəhər 19 12 5 2 28:10 41  
2. Qalatasaray 19 10 5 4 37:21 35  
3. Yeni Malatyaspor 19 9 5 5 31:21 32  
4. Konyaspor 19 8 7 4 27:21 31  
5. Trabzonspor 19 8 6 5 35:27 30  
6. Beşiktaş 19 8 6 5 32:24 30  
7. Kasımpasa 19 9 2 8 37:31 29  
8. Antalyaspor 19 8 4 7 19:23 28  
9. Sivasspor 19 6 7 6 25:26 25  
10. Alanyaspor 19 7 3 9 17:22 24  
11. Bursaspor 19 4 11 4 19:19 23  
12. Göztepe 19 7 1 11 20:23 22  
13. Kayserispor 19 5 6 8 16:26 21  
14. Fənərbaxça 19 4 8 7 20:27 20  
15. Ankaragücü 19 6 2 11 17:34 20  
16. Rizespor 19 3 9 7 23:29 18  
17. Erzurum BB 19 3 8 8 18:25 17  
18. Akhisarspor 19 4 5 10 20:32 17  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun