İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilir. “Mançester Yunayted” səfərdə “Tottenhem”lə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu matçın 44-cü dəqiqəsində Markus Reşford vurub. Beləliklə, Mançester təmsilçisi Ole-Qunner Sulşer baş məşqçi təyinatından sonra biri kubokda olmaqla keçirdiyi 6-cı oyununda da qələbə qazanıb. Qeyd edək ki, “MY” 41 xalla turnir cədvəlinin 6-cı, “Tottenhem” isə 48 xalla 3-cü pilləsində qərarlaşıb. Lider “Liverpul”un 57 xalı var.