“Milan” futbolçusu Stefan Şimiçi icarəyə verib. Klubun saytının yaydığı xəbərə görə, çexiyalı müdafiəçi karyerasını A seriyasında davam etdirəcək. 24 yaşlı futbolçu “Frozinone”yə keçib. Şimiçin icarə müqaviləsi mövsümün sonunadəkdir.
Qeyd edək ki, Şimiç bu mövsüm “Milan”ın heyətində 5 oyun keçirib.