"Arsenal"ın türk əsilli futbolçusu Mesut Özil PSJ-yə keçməkdən imtina edib.
Bu barədə Britaniya mətbuatı xəbər yayıb.
Məlumata görə, Neymarın zədələnməsindən sonra Paris klubunun rəhbərliyi türk əsilli alman yarımmüdafiəçini bu mövsümün sonuna kimi icarəyə götürmək istəyib.
Bildirilir ki, 30 yaşlı oyunçu bu təklifi müsbət cavablandırmayb.
Mesut Özil bu mövsüm İngiltərə Premyer Liqasında 14 matçda 3 qol vurub, 2 qolun ötürməsini verib.