Türkiyə Superliqasında 19-cu turun görüşləri davam edir.
İkinci oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçında "Bursaspor" və "Kayserispor" komandaları üz-üzə gəliblər. Oyunda qalib müəyyənləşməyib - 1:1.
Günün ikinci oyununda isə "Qalatasaray" səfərdə "Göztəpə"nin qonağı olub. Görüşün taleyini 1 qoll həll edib. Sinan Gümüşün 79-cu dəqiqədə vurduğu qol İstanbul klubuna qələbə qazandırıb.
Qeyd edək ki, "Qalatasaray" bu nəticədən sonra xallarının sayını 35-ə yüksəldərək, lider "Başakşəhər"ə yaxınlaşıb. "Sarı-qırmızılılar"dan 1 oyun az keçirən Abdullah Avcının komandasının hazırda 38 xalı var. Üçüncü pillədə isə 32 xalla "Yeni Malatyaspor" qərarlaşıb.
Türkiyə Superliqası, 19-cu tur 19-cu tur 26 yanvar
"Kayserispor" - "Bursaspor" - 1:1 Qollar: Y. Ərdoğan, 30 (0:1), K. Sapunaru, 48 (1:1)
"Göztəpə" - "Qalatasaray" - 0:1 Qol: Sinan Gümüş, 72
27 yanvar "Rizəspor" - "Akhisar"
"Konyaspor" - "Antalyaspor"
"Sivasspor" - "Trabzonspor"
28 yanvar "Fənərbaxça" - "Yeni Malatyaspor"
"Başakşəhər" - "Kasımpaşa"
"Ankaragücü" - "Alanyaspor"
25 yanvar "Beşiktaş" - "Ərzurumspor" - 1:1