“Mançester Siti”nin futbolçusu David Silva klubun tarixinə düşüb. İspaniyalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 22-ci turunda hazırda “Vulverhempton”la keçirilən görüşdə rekorda imza atıb.
Start heyətdə meydana daxil olan 33 yaşlı futbolçu “şəhərlilər”in heyətində 267-ci Premyer Liqa matçına çıxıb. Bu göstərici klub tarixində ilkdir.
Silva 2010-cu ildən “MS”-də çıxış edir. O, bu mövsüm 17 oyuna 6 qol vurub, 2 məhusldar ötürmə edib.