Dünyanın ən böyük iqtisadiyyatı olan ikinci ölkəsi Çində iqtisadi böyümə bu ilin üçüncü rübündə azalmağa başlayb.
Bu haqda "Bloomberg" xəbər agentliyi yazır. Məlumata görə, Çin iqtisadiyyatı keçən ilin eyni dövründə 6,8 faiz böyüdüyü təqdirdə, bu il 6 faizə düşüb. Bu göstərici əvvəlcədən verilən proqnozlara ziddi olduğu üçün Asya fond birjalarında da düşüş qeyd olunub.
ABŞ-la ticarət müharibəsinin üzündən ölkə xaricində çin mallarına tələbin azalması səbəbindən qlobal iqtisadi qüdrətini itirməkdə olan Çin yaxın dövrün ən böyük iqtisadi düşüşünü yaşayır.
Çinin statistika bürosu olan NBS-nin təmsilçisi Mao Shengyong Çinin iqtisadiyyatının 1992-ci ildən bəri ən böyük düşüş yaşadığını bildirib.
"Həm ölkə içində, həm də xaricdə qarışıq və sərt iqtisadi vəziyyət, zəifləyən qlobal böyümə və xarici siyasətdə qeyri-sabit, naməlum vəziyyəti nəzərə alsaq iqtisadiyyatımızın üzərindəki aşağıya yönəlmiş təzyiqin artmasını başa düşərik" - deyə Ma Shenyonq deyib.
Çin iqtisadiyyatındakı böyümənin yavaşlaması rəsmi Pekini iqtisadiyyata dəstəyə sövq edib. Belə ki, Çin hökümtəi vergi endirimləri və faizləri aşağı salaraq iqtisadiyyatı dəstəkləməyə çalışır.
Çinin Mərkəzi Bankı da dünən etdiyi açıqlamada maliyyə sisteminə əlavə 28 milyard dollarlı kredit buraxılaraq sahibkarlara orta vədəli borclar veriləcəyini bildirib.
Xatırladaq ki, Ümumdünya Maliyyə Fondu 2019-cu ildə Çinin ticarət müharibələri və zəifləyən daxili tələb üzündən böyüməsinin 6,1 faizə düşəcəyini planlaşdırmışdı.