25 Oktyabr 2019
Mətni dəyiş
İngiltərədə fəaliyyət göstərən hərrac evi Sotheby’s tərəfindən oktyabrın 22-də satışa çıxarılan "Necd kolleksiyasından vacib əsərlər" silsiləsində bir türk rəssamın işi də var. Belə ki, klassik türk-osmanlı rəssamı Osman Hamdi bəyin "Yaşıl məsciddə Quran dərsi" əsəri satışa çıxarılıb.
Rəsm əsəri 129 il öncə çəkilib və ilkin qiyməti 3-5 milyon ingilis sterlinqi nəzərdə tutulmuşdu. Ancaq əsər 4 milyon 640 min sterlinqə satılıb.
[embed]https://twitter.com/Sothebys/status/1186690998484832256[/embed]
Xatırladaq ki, ən məşhur əsəri "Tısbağa tərbiyəçisi" olan rəssam Osman Hamdi bey 1842-1910-cu illər arası yaşayıb. Keçən ay onun daha bir əsəri "Quran oxuyan qız" İngiltərədə 5 milyon funt sterlinqə satılıb.