29 Oktyabr 2019
Mətni dəyiş
Romada keçirilən XIV Benəlxalq Kinofestivalın bağlanışında tanınmış rus rejissoru Andrey Konçalovskinin "Günah" filmi göstəriləcək. Rejissor filminin 16-cı əsrdə yaşamış, rennessans dövrü italyan heykəltaraşı Mikelanjelo Buonarottinin həyatından bəhs etdiyini və bu filmin çox sakit məkanda baxılmalı olduğunu deyib.
Buna görə rejissor tamaşaçılara filmin nümayişi zamanı salonda popkorn yeməyi qadağan edib. Rejissorun sözlərinə görə bu filmdə müəllifin çatdırmaq istədiklərini düzgün eşitmək üçün ideal sakitlik lazımdır.
82 yaşlı rejissor "The Hollyvood Reporter"ə deyib ki: "Hollivud blokbasterinə baxıb popkorn çeynəmiş tamaşaçılara yazığım gəlir, çünki onların ayrı əyləncələri yoxdur. Ancaq mən tamaşaçılardan xaiş edirəm mənim filmimə popkornla gəlməsinlər. Bu çox-çox sakit filmdir".
Konçalovski həmçinin on il öncə çəkdiyi "Şelkunçik və Qırmızı kral" filmi haqda bir xatirəsini də yada salıb.
"O vaxt mənim amerikalı prodüsserim saundtreklərin səsinin daha yüksək olmasını istəyirdi, mən bunun səbəbini anlamırdım. O axırda mənə izah etdi ki, tamaşaçılar popkorn çeynəyərək musiqini tam eşidib dərk edə bilməyəcəklər".