Noyabrın 12-də Bakıda “Visla” Polşa filmlərinin festivalı açılacaq. Pulsuz film nümayişi Landmark Jazz Club “’The Rotunda -1” kinozalında (Nizami küçəsi, 90A) olacaq.
Bu barədə Polşanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
Festivala son illərin ən yaxşı filmləri təqdim ediləcək. Tədbir Filip Bayonun “Kamerdiner” tarixi dramı ilə açılacaq.
Həmçinin Yan Yakub Kolskinin “Əfv”, “Eskadrilya 303. Gerçək tarix”, “Yuliuş”, “İtlə pişik kimi” filmləri nümayiş etdiriləcək.
Festival Pavel Pavlikovskinin “Soyuq müharibə” filmi ilə başa çatacaq. Bu film Polşaya xarici dildə ən yaxşı filmə görə “Oskar” və Avropa Kinoakademiyasının dörd mükafatını gətirib.
Filmlərin nümayişi saat 19:00-da olacaq. Bütün filmlər ingilis və subtitrlə rus dillərində göstəriləcək.
“Visla” haqda ətraflı məlumatı festivalın saytında almaq olar: www.festiwalwisla.pl