"Rock and Roll"un kraliçası amerikalı müğənni Tina Törner 80 yaşını qeyd edib. Tina Törner 1939-cu ildə ABŞ-ın Tennese ştatında doğulub. O soul, r&b, pop və rock janrında mahnılarla 60-70 və 80-ci illərə öz damğasını vurub.
Tina Törner səhnəyə ilk dəfə 1956-cı ildə çıxıb və o gündən bu günə 10 musiqi albomu, 12 Qremmi mükafatı alıb.
Səhnə performansı, saç stili və güclü səsiylə diqqətləri üzərinə çəkən Törner 200 milyondan çox satılmış albomuna görə "bütün zamanların ən çox albomu satılan müğənniləri" arasında yer alır. Uzun illərdir İsveçrənin Sürix şəhərində yaşayan müğənni 'What's Love Got to With It', 'Let's Stay Together', 'The Best', 'River Deep Mountain High', 'Nutbush City Limits', 'Steamy Windows' mahnılarıyla uzun zaman xit paradların zirvəsində yer alıb.
[caption id="attachment_84046" align="aligncenter" width="768"]
Tina Törner ingilis rock ifaçısı David Bowie ilə birlikdə.[/caption]
"Rolling Stone" musiqi dərgisinin "Bütün zamanların ən yaxşı 100 müğənnisi" siyahısında 17-ci sırada olan Törner 1991-ci ildə "Rock and Roll Hall of Fame"yə (Rock and Roll musiqisi muzeyi) qoşulmağa dəvət olunur və o dəvəti qəbul edir. 2008-ci ildə səhnəyə çıxmasının 50 illiyini qeyd edir və Tina!: 50th Anniversary Tour" adlı dünya turuna çıxır. Bu tur da bütün zamanların ən çox kassa gəliri əldə edən turu olaraq tarixdə qalır.
Musiqi kariyerindən əlavə həm də bəzi filmlərdə oyanayan Törner, 1985-ci ildə Mad Max Beyond Thundersome' və 1993-cü ildə bir fantastika filmində 'Last Action Hero' rolları ilə yadda qalır.
Azərbaycan tamaşaçıların Tina Törner ən çox 90-cı illərdə Eros Ramazotti ilə birgə dueti olan "Cosas de la vida" mahnısı ilə tanışdır.
[embed]https://www.youtube.com/watch?v=jZIoxw0ca9E[/embed]