İtalyan heykəltaraşın 120 min dollara satdığı divara bağlanmış banan əsərini gürcü rəssam yeyib

İtalyan heykəltaraşın 120 min dollara satdığı divara bağlanmış banan əsərini gürcü rəssam yeyib
9 Dekabr 2019
Mətni dəyiş
İtalyalı heykəltaraş Maurisio Kattelanın ABŞ-ın Mayami ştatındakı bir sərgidə izolyasiya lenti ilə divara bağlanmış banandan ibarət və 120 min dollara satılan əsərindəki bananı başqa bir sənətçi divaradan qopararaq yeyib. Bundan sonra polis əsəri qorumağa başlayıb. Performans sənətçisi və rəssam olan gürcü əsilli David Datuna instagramdakı hesabında Mayamidəki Art Basel adlı beynəlxalq sənət qalareyasında sərgilənən, divara bağlanmış bananı qoparıb yediyi əks olunmuş videonu paylaşıb. [embed]https://twitter.com/OfficialJoelF/status/1203466675544301569[/embed] Datuna videonu paylaşarkən yazıb ki, "Maurisio Kattelanın əsərlərini sevirəm və buinstalyasiynı həqiqətən bəyəndim, çox ləzzətliydi". Muzeyin işçilərindən biri David Datunaya hirslənsə də tezliklə yeni bir banan tapıb divara bağlayıb və əsəri qorumaq üçün polis çağırılıb. Əsərin sərgiləndiyi qaleriyanın direktoru isə Datuanının əsəri korlamadığını, bananın sadəcə bir fikir olduğunu deyib. [caption id="attachment_84290" align="alignleft" width="1280"] Gürcü rəssamı David Datuna divara bərkidilmiş bananı yedikdən sonra.[/caption] İtalyalı heykəltaraşın qlobal ticarətin tənqidi məqsədiylə yaratdığı əsər üç versiyada yaradılıb və əsərin ilk iki versiyası yüz iyirmi min dollara alıcısını tapıb. Əsərin üçüncü versiyasına isə 150 min dollar qiymət hesablanmışdı. Alıcılara əsərlərlə birlikdə verilən orijinallıq sertifikatına görə əsərin sahibləri bananın çürüməsi halında, lazım gəldikdə onu yenisi ilə dəyişdirə biləcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun