Fevralın 20-də Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmalarına yekun vurulub. Son oyun günündə də 2 matç keçirilib. "Yuventus" səfərdə "Atletiko"nun qonağı olub. Görüş Madrid klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Paralel keçirilən digər oyunda isə "Mançester Siti" "Şalke"nin qonağı olub. Matçda hesabı "şəhərlilər" açsa da, meydan sahibləri fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb.
İkinci hissədə meydanda azlıqda qalan Xosep Qvardiolanın komandası özünü itirməyib. 85 və 90-cı dəqiqələrdə rəqib qapısına yol tapan qonaqlar əzmkar qələbə qazanıb - 3:2.
Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları 20 fevral
00:00. "Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:3 Qollar: Serxio Aquero, 18 (0:1), Nabil Bentaleb, 38-pen. (1:1), 45-pen. (2:1), Leroy Sane, 85 (2:2), Rahim Sterlinq, 90 (2:3) Qırmızı vərəqə: Nikolas Otamendi, 68 ("Mançester Siti", ikinci sarı vərəqə)
00:00. "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) - 2:0 Qollar: Xose Ximenes, 78, Dieqo Qodin, 83
14 fevral
"Roma" - "Portu"- 2:1
"Mançester Yunayted" - PSJ - 0:2
15 fevral
"Tottenhem" - "Borussiya"(Dortmund) - 3:0
"Ayaks"- "Real" - 1:2
19 fevral "Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya) - 0:0
"Lion" (Fransa) - "Barselona" (İspaniya) - 0:0