Gürcüstan rəsmilərinin sözlərinə görə Azərbaycanın Gürcüstandan aldığı kənd-təsərrüfı mallarının miqdarı bir ildə 120% artıb.
Gürcüstanın Ətraf Mühit Və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bu günlərdə 2018-ci ilin ixrac statistikasını yayıb.
Məlumatda deyilir ki, keçən il Gürcüstan kənd-təsərrüfatı məhsullarının ixracında rekord qırıb.
Belə ki, 2018-ci ildə ölkə 959,2 milyon dollarlıq kənd-təsərrüfatı məhsulu ixrac edib. Bu 2017-ci ildəkindən 23,2 % çoxdur.
Həmçinin, nazirliyin yaydığı məlumatda bildirilir ki, keçən il Gürcüstan kənd-təsərrüfatı mallarını ən çox alan ölkə Azərbaycan olub, hətta bu Azərbaycanın Gürcüstan mallarına tələbatı 2018-ci ildə, 2017-ci ildəkindən 120% artıb.
Müvafiq olaraq eyni artım Qazaxıstanda -78%, Ukraynada - 25%, Avropa Birliyi ölkələrində 6% olub.
Gürcüstanın 2018-ci ildə ən çox ixrac etdiyi kənd-təsərrüfatı mallarının ilk beşliyi də açıqlanıb. Siyahı belədir:
- Alkoqolsuz qazlı sular - 54%;
- Mal və qoyun əti - 53%;
- Mineral və sıxılmış su - 15%;
- Şərab - 15%;
- Spirtli içkilər - 2%.