Türk mənşəlli alman rejissoru Fatih Akın 2004-cü ildə “Divara qarşı” filmi ilə Almaniyada keçirilən “Berlinale” festivalının ali mükafatı Qızıl Ayını qazandıqdan sonra bu il festivalda qorxu filmi ilə iştirak edir.
Silsilə qətllər törədən bir qatilin həyatından bəhs edən “Der Goldene Handschuh” (Qızıl əlcək) zorakılır və ürəkbulandırıcı qətl metodları ilə Berlinale izləyiciləri arasında mübahisələrə səbəb olub.
Darmadağın, çirk içində bir yataq otağı... Çarpayıda üzüstə sərilmiş bir qadın bədəni, çox ehtimal ki ölmüş. Qəzəblə otağa girib cəsədin başından kiçik bir torbaya salmağa çalışan yarıçılpaq bir kişi... Fatih Akının filmi məhz bu cürə başlayır.
İşin ən pis yanı, filmin gerçək həyatla səsləşməsidir
[caption id="attachment_74022" align="aligncenter" width="751"] Türk mənşəlli alman rejissoru Fatih Akın.[/caption]Çoxları bu 115 dəqiqəlik filmə birtəhər dözməyə məcbur olub ki, onsuz da real həyatla əlaqəsi yoxdur. Ancaq sən demə, film gerçək həyatla səsləşirmiş. Belə ki, film 1970-ci illərdə Hamburqda qadınları vəhşicə öldürən silsilə qətllərin müəllifi Fritz Honkanın həyatından bəhs edir.
O illərdə bütün Almaniyanı dəhşətə gətirən hadisələr, 2016-cı ildə Hamburqlu yazıçı Heinz Stunkun “Qızıl əlcək” romanında əksini tapmış və elə həmin il Almaniyanın ən populyar ədəbiyyat mükafatı Wilhelm Raabe mükafatına layiq görülüb.
Alman polisi qatillə bağlı heç bir addım atmayıb
Fatih Akın, filmi kitabına mümkün qədər sadiq qalaraq çəkib. Filmdə adı çəkilən “Zum Goldenen Handschuh” Hamburqun St.Pauli bölgəsində məhşur olan Reeperbahn əyləncə mərkəzinin yaxınlığında bir barın adıdır. Bu bara adətən həyatın dibinə düşmüş və əlində-ovcunda olanları içkiyə xərcləyən alkoqoliklər toplaşır. Bir növ “Luzerlər klubudur”.
Yaşı 30-u haqlamış Fritz Honka da buranın daimi sakinlərindən olub. Gündüzlər gəmi tərsanəsində süpürgəçilik eləyən Honka axşamlar bu barda dibinə qədər içib sərxoş olarmış. Belindəki donqarı, çəp gözləri, iri burnu və çürümüş dişləri ona bir qatil üçün lazım olan görünüşü verirdi.
Qadınlar ondan qaçırdı. Honka isə onun istədiklərini eləmək istəməyən qadınları öldürüb parçalayır, şəhərin müxtəlif yerlərinə atır, ya da evinin müxtəlif yerlərində gizlədirdi.
Alman polisi isə fil qulağında yatırdı, heç kim itmiş qadınlar hardadır deyə soruşmur, ya da qonşuların Honkanın evindən yayılan pis qoxuya görə şikayətləri polisi maraqlandırmır.
Diksindirən zorakılıq
Fatih Akın Honka tərəfindən törədilmiş cinayətləri, onun qadınlara tətbiq etdiyi cinsi zorakılığı filmə daşıyarkən heç bir detalı əks etdirməkdən çəkinmir. Tamaşaçı az qala qanın üzərinə sıçramasını ya da cəsədlərin divarlar arasında qalıb çürüyərkənki ürəkbulandırıcı qoxusunu hiss edə bilirlər.
Tamaşaçıların filmdən əsas şikayəti də elə budur, film Quentin Tarantino filmlərindəki kimi əyləndirmir, əksinə diksindirir. Alman cəmiyyətində artıq müzakirələr başlanıb ki, Honkanın gerçək həyatda yaşamış qurbanlarının detallı əks olunması onların ləyaqətini əksiltmirmi.
Rejissor isə özünü onunla müdafiə edir ki, qurbanların ölümə müqaviməti və hayatdan bərk-bərk yapışaraq mübarizə aparmaları elə onların ləyaqətini yüksəltməyə xidmət edir.
Bununla belə, filmin tərbiyəvi və humanist tərəfi elə də dərin deyil. Məsəlçün, Fritz Honkanın niyə sislsilə qətllər törədən birinə çevrilməsi filmdə cavabsız buraxılıb. Fatih Akın özü də bu sualın cavabını verməyi hədəfləmədiyini deyir.
[caption id="attachment_74023" align="alignleft" width="522"] Fatih Akının yeni çəkdiyi "Qızıl Əlcək" filmindən bir kadr.[/caption]Sən demə rejissor film sənətini qorxu filmləriylə sevməyə başlayıbmış
Kinoteatra ilk dəfə qardaşının onu məcbur etməsiylə getdiyini deyən Fatih Akının ilk baxdığı filmlər də George Romeronun “Zombie” və Anhony Quinnin baş rolunu oynadığı “Notre Dame qozbeli” filmi olub. O bu filmlərdən sonra qorxu filmlərini o qədər sevib ki, hətta nə vaxtsa diletant bir qorxu filmi də çəkibmiş.
Rejissor filmin baş roluna tanınmış aktoyir Jonas Dassleri çəkib. Uğurlu makiyajı və Honkanın gerçək evinin dekorasiyasını mümkün qədər yaratmağa çalışmağı ilə filmdə gerçəkçi bir hava yaradılıb. 2004-cü ildə “Divara Qarşı” filmi ilə Qızıl Ayı mükafatını almış rejissorun bu filminin ilə elə də uğur qazana biləcəyi gözlənilmir.