"Mançester Yunayted"in futbolçusu Romelu Lukaku karyerasını "Yuventus"da davam etdirə bilər.
Britaniya mətbuatının yaydığı xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi Turin klubuna transfer olunmaq istəyir. Belçikalı futbolçu həm yeni baş məşqçi Ole-Qunnar Sulşer ona start heyətdə az şans verdiyi, həm də Kriştiano Ronaldonun böyük pərəstişkarı olduğu üçün İtaliya təmsilçisində oynamağı düşünür.
Qeyd edək ki, Lukakunun "MY" ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.