“Barselona”nın hücumçusu Lionel Messi İspaniya kubokunun yarımfinal mərhələsində “Real”la oyunu buraxa bilər. Xəbərə görə, son turun “Valensiya” ilə matçında (2:2) bud nahiyyəsindən xəsarət alan argentinalı superulduz komandasının bügünkü məşqində iştirak etməyib. Bununla da 31 yaşlı futbolçunun “El-Klassiko”da oynamaq ehtimalının aşağı olduğu bildirilib. Qeyd edək ki, “Barselona” – “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında cavab matçı isə fevralın 27-də keçiriləcək.