"Qalatasaray" baş məşqçisi Fatih Terimlə yeni müqavilə imzalamağa hazırlaşır.
Türkiyə mətbatının yaydığı xəbərə görə, tərəflər arasında bununla bağlı razılıq əldə olunub. 65 yaşlı mütəxəssislə 2024-cü ilin iyununa kimi müqavilə imzalanacağı bildirilib. Onun illik maaşında dəyişiklik olmayacağı vurğulanıb. Türk çalışdırıcı hazırda olduğu kimi ilinə 3 milyon avro qazanacaq. Bundan başqa, onun müqaviləsində, təzminat məbləği ilə bağlı bəndin yer almayacağı da iddia olunub.
Qeyd edək ki, F.Terim 2017-ci ilin dekabrında 4-cü dəfə İstanbul klubunun baş məşqçisi təyin olunub.