“Barselona” baş məşqçisi Ernesto Valverde ilə müqaviləni uzadacaq. Klubun saytının yaydığı xəbərə görə, ispaniyalı mütəxəssislə yeni müqavilə ilə bağlı razılıq əldə olunub. Onun yeni sözləşməsi 2020-ci ilin yayına qədər nəzərdə tutulub. Bu müddət başa çatdıqdan sonra isə müqaviləsi daha 1 il uzadıla bilər.
Qeyd edək ki, 2017-ci ilin yayında “Barselona”ya baş məşqçi təyin edilən Valverde ilə 2 illik müqavilə imzalanmışdı.