“Yuventus” bir neçə gün əvvəl “Cenoa”ya icarəyə verdiyi futbolçusu Stefano Sturaronu birdəfəlik satıb. Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. “Yuventus” italiyalı müdafiəçinin satışından 19 milyon avro qazanıb.
Sturaro 2019-cu ilin yayından müqavilə ilə “Cenoa”ya məxsus olacaq.