Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
İK Topaz Premyer Liqanın 19-cu turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib. “Neftçi” – “Sabah” matçında meydan sahiblərinin6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanırb, klub 200 manat cərimə olunub.