"Barselona" müdafiəçisi Jordi Alba ilə yeni müqavilə imzalayıb. Klubun rəsmi saytının yaydığı xəbərə görə, 29 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər uzadılıb. İspaniya millisinin üzvünün təzminat məbləğinin isə 500 milyon avro olduğu bildirilir. Qeyd edək ki, "Barselona"da 7-ci mövsümünü keçirən Alba bu komanda ilə ümumilikdə 14 titul qazanıb.